Hərbçilərin ölümünə görə müdafiə nazirini vəzifəsindən azad edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.
Xeberbaku.com xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan dövlət başçısının Mətbuat xidməti yayıb.
Bu qərar Xəzər dənizində təlim zamanı 14 hərbçinin həlak olmasından sonra verilib.
D.Kosanov 2025-ci ildən Müdafiə Nazirliyinə rəhbərlik edib.
Xatırladaq ki, hadisə sentyabrın 24-də baş verib. Açıq dənizdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı dalğa 17 nəfəri aparıb. Bu zaman yalnız 3 nəfəri xilas etmək mümkün olub. Ölkənin Müdafiə Nazirliyi hərbçilərin həlak olmasını hava şəraitinin qəfil pisləşməsi ilə izah edib.
İnsidentlə bağlı sentyabrın 25-də Qazaxıstanda matəm elan edilib.
Fotoda: Dauren Kosanov

