Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət etdilər

0
zefer abidesi

27 Sentyabr – Anım Günü münasibətilə Zəfər parkına ziyarət başlayıb.

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər.

Xeberbaku.com xəbər verir ki, günün ilk saatlarından etibarən vətəndaşlar parkı ziyarət edərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırlar.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində 44 gün ərzində Azərbaycan torpaqları işğaldan azad edilib.