Lerikdə zəlzələ oldu
Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb.
Xeberbaku.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 11:14-də, Lerik stansiyasından 16 kilometr cənub-şərqdə qeydə alınıb.
3,2 maqnitudalı zəlzələnin ocağı 23 kilometr dərinlikdə yerləşib. Seysmik təkanlar hiss olunmayıb
