Ölümü məhkəmə ilə qeydə alınmış şəxslərin sayı artıb

0
qiymetli_kagizlarjpg-1714048044

Bu ilin ilk 4 ayı ərzində isə ölümü məhkəmə qətnaməsi əsasında qeydə alınmış 767 şəxsin hamısının barəsində şəhadətnamə tərtib edilib.

Xeberbaku.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ötən ilin ilk 4 ayı ərzində ölümü məhkəmə qətnaməsi əsasında qeydə alınmış mərhumların sayı 672 olub.

Həmçinin bildirilib ki, ötən il 2481 nəfərin ölümü məhkəmə qətnaməsi əsasında rəsmiləşdirilib. Onlardan 2322 nəfərin barəsində ölüm haqqında şəhadətnamə verilib.