Ukrayna Rusiyada bu universiteti dronla vurdu

0
rusiya-hucum-yeni

Ukrayna ordusu Rusiyanın Belqorod şəhərində yerləşən Belqorod Dövlət Texnologiya Universitetinə (BDTU) dron zərbəsi endirib.

Xeberbaku.com xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hücumdan sonra universitet binasında genişmiqyaslı yanğın başlayıb.

Məlumata görə, təhsil müəssisəsində Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının avtomatlaşdırılmış idarəetmə sistemləri layihələndirilir və sınaqdan keçirilirdi.