Zaporojyedə körpüyə zərbə endirilib: 5 nəfər yaralanıb

0
ukrayna-1__1___2_

Zaporojyedə Dnepr çayı üzərindən keçən körpülərdən birinə zərbə endirilib. Hadisə nəticəsində 5 nəfər yaralanıb, körpüdə hərəkət müvəqqəti dayandırılıb.

Xeberbaku.com xəbər verir ki, Zaporojye vilayət administrasiyasının rəhbəri vəzifəsini icra edən Mixail Semikin bildirib ki, hücumdan sonra körpüdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

İlkin məlumatlara görə, iki nəfər – 43 və 54 yaşlı kişilər xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Daha sonra yaralıların sayının 5 nəfərə çatdığı açıqlanıb. Onların arasında 24 və 59 yaşlı iki qadın, həmçinin 36 yaşlı kişi var.

Yaralananlardan 43 və 54 yaşlı iki kişinin Qızıl Xaç əməkdaşı olduğu bildirilib. Onların hücum zamanı işə getdiyi qeyd olunub.

Səlahiyyətlilər şəhər sakinlərini müvəqqəti nəqliyyat məhdudiyyətlərini nəzərə almağa və yalnız rəsmi məlumatları izləməyə çağırıblar.