Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

0
zakarishvili

Georgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Xeberbaku.com xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

Bakıdakı səfir postunda Zurab Pataradzeni əvəz edən Georgi Zakaraşvili daha əvvəl ölkəsinin Ukraynada səfiri olub.

Nazirlik bildirib ki, diplomat Gürcüstan XİN-in mərkəzi ofisində və diplomatik nümayəndəliklərdə uzunillik təcrübəyə sahibdir.